--:--:-- | 09 Avqust 2026, Bazar
Son Xəbər
Yüklənir...

Paşinyan hökuməti istefa verdi

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:28 1026 baxış

Ermənistanda parlamentin ilk iclası günü Konstitusiya tələbinə əsasən nazirlər kabineti buraxıldı

Elpress.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və onun rəhbərlik etdiyi hökumət rəsmən istefa verib. Bu addım ölkə Konstitusiyasının 158-ci maddəsinin tələbinə uyğun olaraq, yeni seçilmiş parlamentin ilk iclas gününə təsadüf edən prosedural xarakter daşıyır.​Xatırladaq ki, iyun ayında keçirilən növbədənkənar parlament seçkilərindən sonra formalaşan Milli Məclis ilk iclasına toplanıb. Mövcud qanunvericiliyə əsasən, yeni kabinet formalaşana qədər Paşinyan və nazirlər öz vəzifələrini müvəqqəti icra edən statusunda sürdürəcəklər. Seçkilərdə çoxluq qazanan hakim partiya Paşinyanın namizədliyini yenidən baş nazir postuna təqdim edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

FSB polkovniki ölü inəyin içində ölkədən qaçdı

Next Article

Xocavənddə minatəmizləyən minaya düşdü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Konqoda Ebola qurbanlarının sayı artır

Aysel Əlibəyli 19 İyul 2026 · 17:19 1034 baxış Konqoda Eboladan ölənlərin sayı 893 nəfərə çatdı Elpress.az xəbər verir ki, Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması nəticəsində həyatını itirənlərin sayı 893 nəfərə yüksəlib. Məlumata görə, […]