--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Pakistanda terror hücumu: ölən və yaralananlar var

Aysel Əlibəyli 12 İyun 2026 · 16:32 72 baxış

Pakistanın şimal-qərbində törədilən terror aktı insan tələfatı və yaralanmalarla nəticələnib.

Elpress.az xarici mediaya istinadən xəbər verir ki, Xayber Paxtunxva əyalətində kamikadze terrorçu məscidin yaxınlığında üzərindəki partlayıcı qurğunu işə salıb.İlkin məlumata görə, terrorçu əvvəlcə məscidə daxil olmağa cəhd göstərsə də, buna nail olmayıb. Bundan sonra o, binanın qarşısında özünü partladıb.Hadisə Lakki Marvat rayonunun Xayro Xel ərazisində, cümə namazı üçün toplaşan insanların olduğu vaxt baş verib. Partlayış nəticəsində azı bir mülki şəxs həyatını itirib, yeddi polis əməkdaşı isə müxtəlif dərəcəli xəsarətlər alıb.Yaralananlar tibbi yardım göstərilməsi üçün yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.Hadisədən sonra hüquq-mühafizə orqanları ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib, partlayışın səbəblərinin araşdırılması üçün istintaqa başlayıb.Hələlik terror aktına görə hər hansı silahlı qruplaşma məsuliyyəti üzərinə götürməyib.Qeyd edək ki, son dövrlər Pakistanın Xayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumlarının sayında yenidən artım müşahidə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kamran Əliyev Nərimanov sakinlərinin müraciətlərini dinlədi

Next Article

“PAŞA Kapital”ın rəhbər heyətində yeni təyinat

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hezbollah İsrailə qarşı 28 əməliyyat keçirdiyini açıqlayıb

Elşən 25 May 2026 · 08:08 98 baxış “Hizbullah” hərəkatı açıqlayıb ki, İsrail tərəfinin atəşkəs şərtlərini pozduğunu iddia edərək son 24 saat ərzində İsrail hərbi qüvvələrinə qarşı 28 əməliyyat həyata keçirib. Elpress.az-ın məlumatına əsasən bu […]

İranın Farur adasına raket hücumu: ölən və yaralananlar var

Aysel Əlibəyli 12 İyul 2026 · 21:48 20 baxış İranın Farur adasına endirilən raket zərbəsi insan tələfatı və yaralanmalarla nəticələnib. Elpress.az xəbər verir ki, İranın Farur adasında baş verən raket hücumu nəticəsində telekommunikasiya sektorunda rəhbər […]