--:--:-- | 05 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Pakistan ordusunun komandanı İran rəsmisi ilə görüşüb

Aysel Əlibəyli 24 Avqust 2026 · 20:37 1026 baxış

Asim Münir və Məhəmməd Baqer Qalibaf regionda sabitlik və ABŞ-İran danışıqlarını müzakirə edib

Elpress.az xəbər verir ki, Pakistan ordusunun komandanı, feldmarşal Asim Münir İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafla görüş keçirib.Görüşdə İranla ABŞ arasında danışıqlar və regionda sabitliyin təmin olunması məsələləri müzakirə edilib. Qalibaf ABŞ-ın anlaşma memorandumunda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirib.İran rəsmisinin sözlərinə görə, Vaşinqtonun öhdəliklərini icra etməməsi regionda sabitliyin bərpasına mane olur və ABŞ-a qarşı etimadsızlığı artırır.Qalibaf həmçinin İranın təzyiqlər qarşısında geri çəkildiyi barədə iddiaları rədd edib. O vurğulayıb ki, Tehran memorandumda müəyyənləşdirilən şərtlərin yerinə yetirilməsini tələb edir və öhdəliklərini ilk növbədə ABŞ icra etməlidir.Asim Münir isə Pakistanın regionda sabitliyin bərpasına yönəlmiş səylərini davam etdirəcəyini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

Next Article

Xətainin bəzi ərazilərində su təchizatı dayandırılacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qəzza üzrə gizli diplomatiya: Türkiyə nümayəndəsi Qahirədə

Aysel Əlibəyli 08 İyun 2026 · 19:31 1088 baxış Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Qahirəyə səfər edib və Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin həyata keçirilməsi istiqamətində aparılan səylər çərçivəsində Fələstin qruplarının […]

Trampın yaxın komandası Moskvaya gedə bilər

Aysel Əlibəyli 16 İyun 2026 · 19:38 1092 baxış Kreml ABŞ və İran arasında imzalanması gözlənilən tarixi anlaşma memorandumundan sonra amerikalı danışıqçılar Stiv Uitkoff və Cared Kuşnerin Moskva səfərinin mümkün ola biləcəyini istisna etmir. Bu […]

İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İsveçrəyə getdi

Aysel Əlibəyli 20 İyun 2026 · 19:23 1084 baxış İran ABŞ-la keçiriləcək danışıqlarda iştirak etmək üçün yüksək səviyyəli nümayəndə heyətini İsveçrəyə göndərib. Elpress.az-ın məlumatına əsasən, İran nümayəndə heyəti ABŞ-la danışıqlar aparmaq məqsədilə İsveçrəyə yola düşüb.Heyətə […]

İranda uçuşlara qoyulan qadağa götürüldü

Aysel Əlibəyli 08 İyun 2026 · 21:08 1088 baxış İran hava məkanında tətbiq olunan bütün məhdudiyyətlər aradan qaldırılıb və aviasiya fəaliyyəti mərhələli şəkildə bərpa olunur. Elpress.az xəbər verir ki, İran Mülki Aviasiya Təşkilatının yaydığı məlumata […]