--:--:-- | 08 Noyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Məkkədə iki Banqladeş vətəndaşı edam edildi – Dəkkə Səudiyyədən izahat istəyir

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 13:42 1220 baxış

Səudiyyə Ərəbistanında məsciddə törədildiyi bildirilən əxlaqsız hərəkətlərlə bağlı ölüm hökmünə məhkum edilmiş iki Banqladeş vətəndaşı edam olunub. Hadisənin detalları açıqlanmadığı üçün Banqladeş tərəfi Səudiyyə Ərəbistanından rəsmi izahat tələb edib.

Elpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin məlumatına görə, Nazrul İslam Abdul Basir və Siti Axtər adlı şəxslər oktyabrın 14-də Məkkə bölgəsində edam ediliblər.

Rəsmi açıqlamada onların məsciddə törətdikləri iddia olunan hərəkətlərin mahiyyəti, hadisənin baş verdiyi məscidin adı və cinayətin tarixi barədə məlumat verilməyib. Nazirlik bildirib ki, araşdırmadan sonra iş məhkəməyə göndərilib, ölüm hökmü yuxarı instansiyada təsdiqlənib və kral fərmanından sonra icra olunub.

Banqladeşin Ciddədəki Baş Konsulluğu vətəndaşlarının edamı barədə əvvəlcədən məlumat almadığını açıqlayıb. Konsulluq məsələ ilə bağlı Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinə rəsmi müraciət edərək işin təfərrüatlarını istəyib.

Banqladeş Xarici İşlər Nazirliyinin nümayəndələri oktyabrın 18-də Səudiyyə Ərəbistanının səfiri ilə də görüşüblər. Görüş zamanı daha əvvəl göndərilmiş diplomatik müraciətin surəti təqdim edilib. Banqladeş tərəfi vətəndaşlarının kimliyi, onlara qarşı irəli sürülən ittihamlar və edam qərarının əsasları barədə aydınlıq gətirilməsini istəyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hərbi qulluqçular üçün yeni cərimələr təklif edilir: məbləğ 500 manata çatacaq

Next Article

Azərbaycan neftinin qiyməti 118 dolları ötdü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ukrayna Silahlı Qüvvələrində azərbaycanlı rəis müavini təyin olundu

Aysel Əlibəyli 04 İyun 2026 · 16:13 1228 baxış Azərbaycan əsilli Gündüz Məmmədov Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hüquq-Mühafizə Xidmətində rəis müavini vəzifəsinə təyin olunub. Bu təyinatla o, qurumun hüquq-mühafizə sahəsində fəaliyyətinin daha da gücləndirilməsində mühüm […]

Kadırov NATO ölkələrini hədələdi

Aysel Əlibəyli 18 İyul 2026 · 15:52 1198 baxış Kadırov NATO ölkələrinə qarşı sərt çağırış etdi Elpress.az xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynaya silah və kəşfiyyat dəstəyi göstərən NATO ölkələrinə qarşı sərt bəyanatla […]

Gürcüstanda tələbələr üçün yeni maliyyələşmə qaydası

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:24 1102 baxış Gürcüstan universitetlərində təhsil haqqının dövlət tərəfindən ödənilməsi şərtləri açıqlanıb Elpress.az xəbər verir ki, Gürcüstanda dövlət universitetlərində təhsil alan tələbələrin maliyyələşdirilməsi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib.Təhsil, Elm […]