--:--:-- | 08 Noyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Keisha Lens Bottoms ABŞ tarixində ilk qaradərili qadın qubernator oldu

Aysel Əlibəyli 04 Noyabr 2026 · 20:38 1050 baxış

ABŞ-ın Corciya ştatında keçirilən qubernator seçkisinin nəticələri tarixi hadisə ilə yadda qalıb. Demokratlar Partiyasının namizədi, Atlantanın keçmiş meri Keisha Lens Bottoms ştatın yeni qubernatoru seçilib. Bununla o, ABŞ tarixində qubernator postuna seçilən ilk qaradərili qadın kimi tarixə düşüb.

Associated Press-in məlumatına görə, Bottoms seçkidə respublikaçı Rik Ceksonu məğlub edib. O, Corciyada 1998-ci ildən bəri qubernator seçkisində qalib gələn ilk demokratdır.

Qələbədən sonra Atlantada tərəfdarları qarşısında çıxış edən Bottoms onu dəstəkləyən və dəstəkləməyən bütün seçicilərə müraciət edib. O bildirib ki, qubernator kimi Corciyanın bütün sakinlərinə xidmət edəcək.

Bottoms bu vəzifədə iki müddət qubernator olmuş respublikaçı Brayan Kempi əvəzləyəcək.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-da keçirilən aralıq seçkilərində demokratlar Konqresin həm Senat, həm də Nümayəndələr Palatasında çoxluğu qazanıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezidentə Zəfər Günü münasibətilə təbrik məktubları gəlir

Next Article

Vens Respublikaçıların seçki məğlubiyyətinin səbəbini açıqladı: İran müharibəsi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Peskov: Rusiya Ukrayna ilə uzunmüddətli sülh istəyir

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 15:48 1110 baxış Rusiya Kiyevin 60 günlük atəşkəs təklifinə münasibət bildirərək münaqişənin müvəqqəti dayandırılmasından daha çox uzunmüddətli sülhün tərəfdarı olduğunu açıqlayıb. Elpress.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi […]

ABŞ Ermənistana hərbi maliyyələşməni artırıb

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 13:19 1126 baxış 2024-cü ildə İrəvana hərbi məqsədlər üçün 8,1 milyon dollardan çox vəsait ayrılıb Elpress.az xəbər verir ki, ABŞ-ın Ermənistana hərbi məqsədlər üçün ayırdığı vəsaitin həcmi 2024-cü maliyyə […]

Türkiyədə leysan və fırtına can aldı

Aysel Əlibəyli 25 İyul 2026 · 14:44 1110 baxış Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün hava xəbərdarlığı edilib. Elpress.az xəbər verir ki, Türkiyədə Balkanlardan gələn sərin və yağışlı hava […]