--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

İtaliyada 6 milyon avroluq kakao daşıyan Türk TIR-ı qarət edildi

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 10:24 1088 baxış

Elpress.az xəbər verir ki, Antalya mərkəzli logistika şirkətinə məxsus, təxminən 6 milyon avro dəyərində kakao daşıyan Türk TIR-ı İtaliyanın Bari şəhəri yaxınlığında silahlı şəxslərin hücumuna məruz qalıb

Hadisə sentyabrın 16-da saat 18:00 radələrində A-14 avtomagistralında baş verib. Maskalı və silahlı 4 nəfər avtomobillə TIR-ın qarşısını kəsərək atəş açıb. Daha sonra hücumçular rabitəni kəsmək üçün jammerdən istifadə edib, sürücünü avtomobildən düşürərək döyüb və TIR-ı qaçırıblar.Hadisə zamanı hücum edən şəxslərin atəş açması TIR-ın kamerasına da düşüb. Sürücü bir müddət sonra həyat yoldaşı ilə əlaqə saxlayaraq baş verənlər barədə məlumat verib.

İtaliya polisi TIR-ın yerini müəyyənləşdirərək avtomobili aşkar edib. Lakin hücumçular yük bölməsini aça bilmədikləri üçün TIR-ı içindəki yüklə birlikdə tərk edərək qaçıblar.Hazırda TIR və yük İtaliyadadır. Hadisə ilə bağlı araşdırma aparılır, 4 şübhəlinin saxlanılması istiqamətində tədbirlər görülür.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

EBRD-nin Azərbaycandakı kredit portfeli 888 milyon avro olub

Next Article

Azərbaycan Türk Forumunun onlayn açılışı keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ukrayna Rusiyanın müharibədəki itkilərini açıqlayıb

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:18 1050 baxış Rusiya ordusunun 1,47 milyondan çox hərbçi itirdiyi bildirilir Elpress.az xəbər verir ki, Ukrayna Baş Qərargahı Rusiya-Ukrayna müharibəsinin 1641-ci günü ilə bağlı Rusiya ordusunun itkilərinə dair yenilənmiş […]

Rusiya daha iki yaşayış məntəqəsinə nəzarət etdiyini açıqlayıb

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:59 1066 baxış Rusiya Müdafiə Nazirliyi Pisarevka və Nejenkanın nəzarətə götürüldüyünü bildirib Elpress.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Sum və Zaporojye vilayətlərində yerləşən daha iki yaşayış məntəqəsinə […]