--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Çin-ABŞ ticarət danışıqları Nyu-Yorkda başlayıb

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:54 1080 baxış

Tərəflər iqtisadi və ticarət məsələlərini müzakirə edir

Elpress.az xəbər verir ki, Nyu-Yorkda Çin və ABŞ arasında iqtisadi və ticarət məsələləri üzrə yüksəksəviyyəli danışıqların növbəti raunduna start verilib.Görüşlərdə Çin nümayəndə heyətinə Baş nazirin müavini He Lifen, ABŞ tərəfinə isə maliyyə naziri Skott Bessent rəhbərlik edir.Danışıqlardan əvvəl ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir bildirib ki, Vaşinqton öhdəliklərin icrasına nəzarət etmək, həssas olmayan məhsulların ticarətini optimallaşdırmaq və amerikalı fermerlərin, istehsalçıların və işçilərin bazarlara çıxış imkanlarını genişləndirmək istiqamətində Çinlə balanslı ticarət siyasətini davam etdirəcək.Çinin Kommersiya Nazirliyi isə görüşlərdə qarşılıqlı maraq doğuran iqtisadi və ticarət məsələlərinin müzakirə ediləcəyini açıqlayıb.Nyu-York görüşləri Çin Prezidenti Si Cinpinin ABŞ-yə gözlənilən səfəri ərəfəsində keçirilir.Donald Trampın 2025-ci ilin yanvarında prezident vəzifəsinə başlamasından sonra Çin və ABŞ arasında ticarət və gömrük rüsumları ilə bağlı mübahisələrə dair Cenevrə, London, Stokholm, Madrid, Kuala Lumpur və Parisdə bir sıra yüksək səviyyəli görüşlər keçirilib. Tərəflər bu danışıqlar, eləcə də 2025-ci ilin oktyabrında Cənubi Koreyada keçirilən liderlər görüşü nəticəsində ticarət mübahisələrinə birillik fasilə verilməsi barədə razılığa gəliblər. Mövcud razılaşmanın müddəti noyabrın 10-da başa çatır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ərbil hava limanına PUA ilə zərbə endirilib

Next Article

Xocavənddə bayram atəşfəşanlığı olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kreml Estoniyanın Rusiya ilə bağlı ittihamlarını əsassız sayıb

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 14:31 1058 baxış Peskov hərbi zavodda yanğının təşkilinə dair ittihamları ciddi qəbul etmədiklərini bildirib Elpress.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Estoniyanın Rusiyanın hərbi zavodda yanğın törətməsini təşkil […]

Pekində 10 min kuryer təhlükəsizlik missiyasında

Aysel Əlibəyli 04 İyun 2026 · 13:58 1194 baxış İctimai təhlükəsizlik üçün Pekində kuryerlərə xüsusi hazırlıq Pekində ictimai təhlükəsizliyin gücləndirilməsi istiqamətində yeni təşəbbüs həyata keçirilir. Layihə çərçivəsində 10 mindən çox kuryer xüsusi təlim proqramlarına cəlb […]