--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Amsterdamda kafedə atəş açıldı: bir nəfər öldü

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 22:35 1072 baxış

Niderlandın paytaxtı Amsterdamda kafelərdən birinin qarşısında silahlı insident baş verib.

Elpress.az xəbər verir ki, şəhərin şimalında yerləşən kafedə atəş açılması nəticəsində bir nəfər həyatını itirib.Polis hadisə barədə məlumatı yerli vaxtla saat 15:05-də alıb. Atəş açılan vaxt kafenin terrasının müştərilərlə dolu olduğu bildirilir.Hadisə ilə bağlı bir şübhəli şəxs saxlanılıb. Onun şəxsiyyəti və atəş açma səbəbi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.Niderlandın cəzaların icrası xidməti ölən şəxsin Zaandam həbsxana kompleksində çalışan əməkdaş olduğunu açıqlayıb.Şahidlər şübhəlinin hadisədən sonra silahı suya atdığını iddia ediblər. Lakin polis bu məlumatı hələ təsdiqləməyib.

Hazırda hadisə yerində araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Metroda sərnişin relslərə düşdü: hərəkət qısa müddətə dayandırıldı

Next Article

Azərbaycanda yataq xəstələri üçün yeni qayğı mərkəzi fəaliyyətə başlayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ vətəndaşlarına Yaxın Şərqlə bağlı xəbərdarlıq

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:50 1056 baxış ABŞ səfirliyi regiondakı vətəndaşlarını təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb Elpress.az xəbər verir ki, ABŞ-ın İordaniyadakı səfirliyi Yaxın Şərqdə yaşayan və ya səfərdə olan ABŞ vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı […]

Kiyevə qanlı zərbə: Ölənlərin sayı 15-ə yüksəldi

Aysel Əlibəyli 06 İyul 2026 · 19:30 1098 baxış Rusiya Kiyevə raket və dronlarla hücum etdi: Dağıntılar artır, itkilər ağırlaşır Elpress.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə həyata keçirdiyi genişmiqyaslı raket və […]