--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

ABŞ Səudiyyə Ərəbistanına 5 milyard dollarlıq silah satacaq

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 12:09 1046 baxış

Ər-Riyad 10 mindən çox yüksəkdəqiqlikli aviabomba və tuşlama komplekti əldə edəcək

Elpress.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına təxminən 5 milyard dollar dəyərində yüksəkdəqiqlikli aviasiya sursatlarının və əlaqədar avadanlıqların mümkün satışını təsdiqləyib.Razılaşma çərçivəsində Ər-Riyadın 10 mindən çox aviabomba və eyni sayda “JDAM” tuşlama komplekti əldə etməsi nəzərdə tutulur. Paketə 500 funtluq 5004 bomba, 2000 funtluq 5 min bomba, həmçinin müvafiq KMU-572 və KMU-556 tuşlama sistemləri daxildir.Təchizatın əsas podratçısı kimi “Boeing” şirkəti çıxış edəcək. ABŞ tərəfi hesab edir ki, sözügedən silahların tədarükü Səudiyyə Ərəbistanının müdafiə imkanlarını artıracaq və ölkənin regional təhlükələrə qarşı mübarizə potensialını gücləndirəcək.Qeyd edək ki, bundan əvvəl ABŞ administrasiyası Qətər, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Küveytə ümumilikdə 8,6 milyard dollardan artıq silah satışına da razılıq verib. Bu paketlər arasında ən böyük müqavilə Qətərlə bağlı olub. Təxminən 4 milyard dollarlıq satışa “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 500 PAC-2 və PAC-3 raketi, ehtiyat hissələri, texniki avadanlıqlar və xidmətlər daxil edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Göygöldə Moruq Festivalı keçirilir

Next Article

Bu gün Xalq artisti Siyavuş Aslanın doğum günüdür

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiya Xarkovu raket atəşinə tutdu

Aysel Əlibəyli 19 İyul 2026 · 17:22 1092 baxış Xarkovda poçt terminalına raket zərbəsi: 4 ölü, 20 yaralı Elpress.az xəbər verir ki, Rusiya ordusu Ukraynanın Xarkov şəhəri yaxınlığında yerləşən “Novoy Poçtı” poçt terminalına raket zərbəsi […]

Britaniyada sərnişin qatarı relsdən çıxıb

Aysel Əlibəyli 13 Avqust 2026 · 20:59 1058 baxış Şərqi Susseksdə baş verən qatar qəzası ilə bağlı əraziyə xilasedicilər cəlb olunub Elpress.az xəbər verir ki, İngiltərənin Şərqi Susseks qraflığında sərnişin qatarı relsdən çıxıb.Hadisə Lyuis şəhəri […]

Çinin sabiq müdafiə nazirləri edam cəzasına məhkum edildi

Elşən 07 May 2026 · 16:22 1120 baxış Çinin keçmiş müdafiə nazirləri, general-polkovniklər Li Şanfu və Vey Fenxe korrupsiya ittihamı ilə ölüm cəzasına məhkum ediliblər. Elpress.az-ın verdiyi məlumata görə, hər iki sabiq nazir 2024-cü ildə […]

Trampdan İranla bağlı yeni açıqlama: “Bu mümkündür”

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 16:15 1060 baxış ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatların gələcəkdə genişləndirilə biləcəyini istisna etməyib. O, mümkün zərbənin ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra həyata keçirilə biləcəyini bildirib. Elpress.az […]