--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

ABŞ İnstitutu: Rusiya Slavyansk istiqamətində hücuma hazırlaşır

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:05 1074 baxış

ISW Rusiya qüvvələrinin Liman bölgəsində canlı qüvvə və texnika topladığını, Ukrayna ordusunun isə bir neçə istiqamətdə əks-hücuma keçdiyini bildirir

Elpress.az xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) son təhlilinə əsasən, Rusiya ordusunun Ukraynanın Slavyansk istiqamətində daha genişmiqyaslı hücum əməliyyatına hazırlaşdığı ehtimal edilir.İnstitutun avqustun 29-na olan vəziyyətlə bağlı hesabatında Rusiya qüvvələrinin Liman istiqamətində şəxsi heyət və hərbi texnika cəmləşdirdiyi qeyd olunur. Avqustun 28-29-da bu istiqamətdə hücumlar davam etsə də, Rusiya hərbçilərinin təsdiqlənmiş irəliləyiş əldə etmədiyi bildirilib.Ukrayna qüvvələrinin isə Slavyanskdən şərqdə yerləşən bəzi ərazilərdə əks-hücumlar həyata keçirdiyi qeyd olunur. Rusiya ordusunun Ukraynanın logistika xətlərinə, həmçinin Oskol və Severski Donets çayları üzərindəki keçidlərə zərbələr endirməsi də daha geniş hücuma hazırlıq əlaməti kimi qiymətləndirilib.Hesabatda Sumı vilayətindəki vəziyyətə də toxunulub. Rusiya Müdafiə Nazirliyi Xrapovşina kəndini ələ keçirdiyini açıqlasa da, Ukrayna tərəfi bu məlumatı təkzib edib. ISW isə sözügedən yaşayış məntəqəsinin ələ keçirildiyini təsdiqləyən sübut əldə etmədiyini bildirib.Bundan başqa, Xarkov vilayətinin Kupyansk və Borovaya istiqamətlərində Ukrayna qüvvələrinin əks-hücumlar keçirdiyi qeyd olunub. Konstantinovka və Drujkovka ərazilərində də Ukrayna tərəfinin əks-hücumları nəticəsində Rusiya qüvvələrinin irəliləyişinin qarşısının alındığı bildirilib.ISW eyni zamanda Dobropolye istiqamətində Ukrayna ordusunun təsdiqlənmiş irəliləyişinin olduğunu açıqlayıb. Geolokasiya edilmiş görüntülərin Ukrayna qüvvələrinin Dorojnoye ərazisində mövqelərini irəli apardığını göstərdiyi qeyd olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dağlıq rayonlarda yağış və leysan qeydə alınıb

Next Article

Venesuela ABŞ-la 25 illik neft sazişinin detallarını açıqlayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Trampa bənzədilən öküz kəsilməkdən xilas olub

Aysel Əlibəyli 26 İyul 2026 · 21:07 1078 baxış Banqladeşdə Donald Trampa bənzədildiyi iddia edilən albinos öküzün kəsilməsinə icazə verilməyib. Elpress.az xəbər verir ki, Banqladeşdə zahiri görünüşünə görə ABŞ Prezidenti Donald Trampa bənzədildiyi iddia olunan […]

Rusiya zərbələri qlobal ərzaq təhlükəsizliyini təhdid edir

Aysel Əlibəyli 14 Avqust 2026 · 11:41 1058 baxış “NYT”: Ukrayna limanlarına hücumlar dünya ərzaq tədarükündə problemlər yarada bilər Elpress.az xəbər verir ki, Rusiyanın Ukraynanın Odessa limanı və ətrafındakı ərazilərə endirdiyi zərbələr qlobal ərzaq tədarükü […]