--:--:-- | 08 Noyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Xərçəng xəstələrinin müalicəsinə 65,9 milyon manat ayrılması nəzərdə tutulur

Aysel Əlibəyli 04 Noyabr 2026 · 20:54 1056 baxış

Azərbaycanda 2027-ci ildə onkoloji xəstəliklərin müalicəsi, xəstələrin reabilitasiyası və dərman təminatı üçün dövlət büdcəsindən 65,9 milyon manat vəsait ayrılması planlaşdırılır.

Bu məbləğ Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası arasında bölüşdürüləcək.

Layihəyə əsasən, 2027-ci ildə səhiyyə sahəsinə ümumilikdə 2 milyard 84,1 milyon manat xərclənməsi planlaşdırılır. Bu, 2026-cı ilin göstəricisindən 59,8 milyon manat çoxdur. Səhiyyə xərclərinin dövlət büdcəsində payı 4,9 faiz təşkil edəcək.

Bundan başqa, icbari tibbi sığortanın maliyyələşdirilməsi üçün 1,1 milyard manat ayrılması nəzərdə tutulub. Bu məbləğ cari illə müqayisədə 200 milyon manat və ya 22,2 faiz artıqdır.

Səhiyyə Nazirliyinin müxtəlif tədbirlərinin maliyyələşdirilməsi üçün 99,6 milyon manat, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin fəaliyyəti üçün isə 8,6 milyon manat vəsait planlaşdırılıb.

Qeyd edək ki, 2027-ci il dövlət büdcəsinin layihəsi hazırda Milli Məclisdə müzakirə olunur. Təklif olunan vəsaitlər qanun layihəsinin təsdiqlənməsindən sonra qüvvəyə minəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Vens Respublikaçıların seçki məğlubiyyətinin səbəbini açıqladı: İran müharibəsi

Next Article

Bakıda beynəlxalq çempionat: Əli Əsədov xarici ölkələrin fövqəladə hallar nazirləri ilə görüşdü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Bakı Metropoliteni” sədrinə yeni müşavir təyin edildi

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 23:37 1112 baxış “Bakı Metropoliteni” QSC-də yeni vəzifə təyinatı baş tutub. Elpress.az xəbər verir ki, Elqün Rəsulov qurumun sədri Vüsa Aslanovun müşaviri vəzifəsinə təyin edilib. Məlumata görə, bununla bağlı […]

44 günlük Zəfərin qəhrəmanına 44 yaş

Aysel Əlibəyli 19 İyul 2026 · 16:08 1152 baxış 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri, general-leytenant Babək Qurbanov bu gün 44 yaşını qeyd edir. Elpress.az xəbər verir ki, uzun illər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş […]

Sevil Əliyeva: “2017-ci ildən Bakıda, ata evimdə yaşayıram”

Aysel Əlibəyli 01 Avqust 2026 · 11:11 1114 baxış Ümummilli Lider Heydər Əliyevin qızı, bəstəkar Sevil Əliyeva Azərbaycanda yaşaması ilə bağlı yayılan suallara aydınlıq gətirib. Elpress.az xəbər verir ki, Sevil Əliyeva sosial şəbəkə hesabında paylaşdığı […]

Bakının bu yolunda hərəkət məhdudlaşdırılacaq

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 22:20 1110 baxış Elpress.az xəbər verir ki, aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonunda Moskva prospektinin kənar yolunun Biləcəri enişi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılacaq. Azərbaycan Avtomobil Yolları […]