--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Teymur Musayev ATU məzunlarını təbrik etdi

Aysel Əlibəyli 11 İyul 2026 · 20:15 1096 baxış

Azərbaycan Tibb Universitetində (ATU) 2025/2026-cı tədris ilinin məzunlarına həsr olunan tədbir keçirilib.

Elpress.az xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları, səhiyyə işçiləri, universitetin professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.

Çıxış edən səhiyyə naziri Teymur Musayev məzunları təbrik edərək onların həyatında yeni və məsuliyyətli mərhələnin başladığını bildirib. Nazir vurğulayıb ki, Azərbaycanda səhiyyə və tibb təhsilinin inkişafı ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin əsas istiqamətlərindən biri olub.

Teymur Musayev, həmçinin Azərbaycan Tibb Universitetinin yetirməsi, görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın tibb elminə və tibb təhsilinə verdiyi töhfələri xüsusi qeyd edib. Onun sözlərinə görə, Zərifə Əliyevanın elmi irsi bu gün də peşəkar həkim və alimlərin yetişməsində mühüm rol oynayır.

Nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə səhiyyə sahəsində həyata keçirilən islahatlar nəticəsində müasir tibb müəssisələri yaradılıb, maddi-texniki baza gücləndirilib və rəqəmsal həllərin tətbiqi genişlənib.

O qeyd edib ki, süni intellekt, fərdiləşdirilmiş tibb və innovativ müalicə üsulları səhiyyənin inkişafında yeni mərhələ formalaşdırır. Bu səbəbdən gələcəyin həkimləri yalnız nəzəri biliklərlə kifayətlənməməli, yeni texnologiyaları mənimsəyən və daim öz üzərində çalışan mütəxəssislər olmalıdır.ATU-nun rektoru, professor Gəray Gəraybəyli də məzunları təbrik edərək onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən digər qonaqlar universitetin zəngin ənənələrindən danışaraq gənc həkimlərin ölkənin səhiyyə sisteminə mühüm töhfələr verəcəyinə əmin olduqlarını bildiriblər.Mərasimin ən yaddaqalan anlarından biri məzunların Hippokrat andını qəbul etməsi olub.

Daha sonra təhsilini fərqlənmə diplomu ilə başa vuran tələbələrə diplomlar səhiyyə naziri Teymur Musayev və rektor Gəray Gəraybəyli tərəfindən təqdim edilib.

Qeyd edək ki, 2025/2026-cı tədris ilində Azərbaycan Tibb Universitetinin 9 ixtisası üzrə ümumilikdə 1270 tələbə məzun olub. Tədbir bədii proqram və məzunlara ünvanlanan xoş arzularla davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoydu

Next Article

Prezident: Qarabağ və Şərqi Zəngəzurdakı inkişaf ürəyimi sevindirir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Təhsil kreditlərinin meyarları dəyişdirilə bilər

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:29 1070 baxış Deputat ailənin real gəlirinin və sosial yükünün nəzərə alınmasını təklif edib Elpress.az xəbər verir ki, Təhsil kreditlərindən yararlanma meyarlarına yenidən baxılması təklif olunub.Milli Məclisin Elm və […]

ADY dəmir yolu xətlərini xüsusi diaqnostika qatarı ilə yoxlayır

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 18:02 1060 baxış Azərbaycan Dəmir Yolları QSC (ADY) dəmir yolu infrastrukturunun təhlükəsizliyini təmin etmək məqsədilə xətlərin texniki vəziyyətini mütəmadi olaraq yoxlayır. Elpress.az xəbər verir ki, müasir diaqnostika sistemləri ilə […]

İyulda şansı üzünə güləcək 4 bürc açıqlandı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:42 1100 baxış Astroloqların proqnozuna görə, iyul ayı dörd bürc üçün yeni imkanlar, xoş sürprizlər və mühüm dəyişikliklərlə yadda qala bilər. Elpress.az-ın Oxu.az-a istinadən verdiyi məlumata əsasən, İyul ayı […]