--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Məktəblərdə smartfon istifadəsinə necə yanaşılmalıdır?

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 17:33 1042 baxış

Ekspert: Smartfon dərsin əsas vasitəsi yox, yalnız ehtiyac olduqda istifadə edilən alət olmalıdır

Elpress.az xəbər verir ki, Texnologiyanın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi məktəblərdə smartfonlardan istifadəyə münasibəti də aktuallaşdırıb. Yeni nəsil şagirdlərin sürətli və vizual informasiyaya daha çox maraq göstərməsi müəllimlər qarşısında onların diqqətini ekransız şəkildə cəlb etmək məsələsini qoyur.Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin ibtidai təhsil üzrə koordinatoru Vüsalə İbrahimzadənin fikrincə, əsas məqsəd texnologiyanı tamamilə qadağan etmək deyil, onun yaratdığı sürətli stimulu daha səmərəli pedaqoji üsullarla balanslaşdırmaqdır.Dərslərdə maketlərdən, müxtəlif əyani materiallardan və praktiki fəaliyyətlərdən istifadə şagirdlərin mövzunu daha yaxşı mənimsəməsinə kömək edə bilər. Oyunlar, tapmacalar, qrup işləri və digər interaktiv metodlar da uşaqların dərsə marağını və fəallığını artıran vasitələr sırasındadır. Canlı ünsiyyət və birgə fəaliyyət isə uşaqların əməkdaşlıq, empatiya və emosional bacarıqlarının inkişafında xüsusi rol oynayır.Bununla belə, smartfonların təhsil prosesindən tamamilə çıxarılması da məqsədəuyğun hesab edilmir. Müasir uşaqlar gələcəkdə süni intellekt və digər qabaqcıl texnologiyaların geniş tətbiq olunduğu mühitdə yaşayacaqlar. Buna görə onların texnologiyadan düzgün və məqsədyönlü istifadə bacarığı da formalaşdırılmalıdır.Bu baxımdan əsas yanaşma texnologiya ilə ənənəvi tədris arasında balans yaratmaqdır. Smartfon dərsin mərkəzində dayanmamalı, yalnız tədris məqsədinə xidmət etdiyi hallarda köməkçi vasitə kimi tətbiq edilməlidir. Məsələn, şagirdlər təbiət dərsində bitkiləri canlı şəkildə müşahidə etdikdən sonra əlavə araşdırma aparmaq və ya mövzu ilə bağlı qısa vizual material izləmək üçün smartfondan yararlana bilərlər.Təhsil prosesində müəllimin canlı ünsiyyəti, izahı, emosional yanaşması və şagirdlə qurduğu münasibət isə rəqəmsal vasitələrin tam əvəz edə bilmədiyi amillər kimi qiymətləndirilir. Buna görə də məktəbdə smartfon istifadəsinin tam qadağan edilməsindən çox, onun məqsədli, nəzarətli və ölçülü şəkildə tətbiqi daha səmərəli yanaşma hesab olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Anar Məmmədli və Anar Abdullayevə ağır cəza verilib

Next Article

“Valensiya” azarkeşləri etiraz aksiyası keçirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Paytaxtın əsas prospekt və küçələrində nəqliyyatın hərəkəti ləngiyir

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 08:38 1056 baxış Elpress.az xəbər verir ki, günün bu saatlarında Bakının bir sıra əsas yollarında nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Hazırda sıxlığın qeydə alındığı istiqamətlər aşağıdakılardır:Bakı-Sumqayıt şosesi – […]

Masallıda 3 tondan çox yararsız ət dövriyyədən çıxarıldı

Aysel Əlibəyli 06 İyul 2026 · 18:41 1098 baxış Masallı rayonunda keçirilən yoxlama zamanı 3 tondan artıq insan istehlakı üçün yararsız ət aşkarlanıb. Elpress.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları rayonun Kürdəbaz […]