Paytaxtda səhər saatlarında avtomobillərin hərəkətində intensivlik artıb. Bir sıra əsas küçə və prospektlərdə sürücülər tıxacla üzləşirlər.
Elpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Nəqliyyatın sıx olduğu yollar:
- Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;
- Binəqədi şosesi – “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
- 1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;
- Ziya Bünyadov prospekti – Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyədək;
- Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
- Ziya Bünyadov prospekti – Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
- Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
- Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından şəhər mərkəzinə doğru;
- Mikayıl Müşfiq küçəsi – Badamdar dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
- Babək prospekti – şəhər mərkəzi istiqamətində;
- Heydər Əliyev prospektinin əsas yolu – mərkəz istiqamətində;
- Heydər Əliyev prospektinin köməkçi yolu – mərkəz istiqamətində;
- 8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyədək;
- Yusif Səfərov küçəsi – şəhər mərkəzi istiqamətində.
Sürücülərə alternativ marşrutlardan istifadə etmələri, yola çıxarkən əlavə vaxt nəzərdə tutmaları və hərəkət zamanı diqqətli olmaları tövsiyə edilir.


