--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bakıda İqlim Həftəsi başa çatdı – 140-dan çox ölkədən 2700 nümayəndə iştirak edib

Aysel Əlibəyli 13 Sentyabr 2026 · 01:06 1056 baxış

Elpress.az xəbər verir ki, sentyabrın 7-11-də Bakı Konqres Mərkəzində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 4-cü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilib.

Azərbaycanın ev sahibliyi və təşkilatçılığı ilə baş tutan tədbirlər çərçivəsində ümumilikdə 68 tədbir təşkil olunub. Proqrama 140-dan çox ölkədən 2700-ə yaxın nümayəndə qatılmaq üçün qeydiyyatdan keçib.İqlim həftəsində dövlət qurumlarının təmsilçiləri ilə yanaşı, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, özəl sektorun və akademik dairələrin nümayəndələri də iştirak ediblər.UNFCCC-nin İqlim Həftəsi çərçivəsində beynəlxalq iqlim gündəliyinin müxtəlif istiqamətləri üzrə 8 mandatlı iclas keçirilib. Həmçinin COP30 və COP31 sədrliyinin tədbirləri, eləcə də UNFCCC-nin İcra Forumu çərçivəsində müxtəlif sessiyalar təşkil olunub.Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində isə Azərbaycanın COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə uyğun olaraq və digər aktual məsələlər üzrə 37 tədbir keçirilib.Həftə çərçivəsində Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın iştirakı ilə Milli Adaptasiya Planları (NAP) və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) icrasına dair “Belém Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmələr də aparılıb.

Qeyd edək ki, UNFCCC İqlim Həftələri BMT-nin regional qrupları arasında rotasiya prinsipi əsasında keçirilir. 2026-cı ilin ilk İqlim Həftəsi aprel ayında Asiya və Sakit Okean regionu üzrə Koreya Respublikasında, ikinci tədbir isə Şərqi Avropa regionu üzrə Azərbaycanda təşkil olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İsmayıllıda avtomobil aşıb yanıb – ölən və yaralanan var

Next Article

Ronaldo Neveşi müdafiə etdi: “Onlara ömürlük qadağa qoyulsun”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İnam Kərimov: “Süni intellekt hakimi əvəz edə bilməz”

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 15:30 1062 baxış Ali Məhkəmənin sədri İnam Kərimov süni intellektin məhkəmə sistemində insan hakimlərin fəaliyyətini tam əvəz etməsinin mümkün olmadığını bildirib. Elpress.az xəbər verir ki, İnam Kərimov süni intellektə […]

8 Noyabr prospektində təmir işləri aparılacaq

Aysel Əlibəyli 13 Sentyabr 2026 · 00:42 1056 baxış Elpress.az xəbər verir ki, Xətai rayonunda yerləşən 8 Noyabr prospektinin bəzi hissələrində sentyabrın 14-dən etibarən təmir işlərinə başlanılacaq. Təmir işlərinin saat 09:00-dan etibarən həyata keçirilməsi nəzərdə […]

TƏBİB-də yeni təyinat – şöbə müdiri vəzifəsinə gətirildi

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 05:47 1082 baxış Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni kadr təyinatı həyata keçirilib. Elpress.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrlə Vaqif Əhmədov qurumun […]