“Bakı Metropoliteni” QSC-də rəhbər heyətdə kadr dəyişiklikləri həyata keçirilib.
Elpress.az xəbər verir ki, Zaur Nağıyev qurumun İdarə Heyəti sədrinin müavini, İlham Axundov və Kənan Cəfərov isə sədrin müşavirləri vəzifələrinə təyin ediliblər.
1970-ci il təvəllüdlü İlham Axundov Azərbaycan Texniki Universitetinin məzunudur. O, müxtəlif dövrlərdə “Kapital Bank”, Azərbaycan Beynəlxalq Bankı və AZAL-da rəhbər vəzifələrdə çalışıb. 2023–2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də sədrin müşaviri olub.
1984-cü il təvəllüdlü Kənan Cəfərov Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit və dövlət-bələdiyyə idarəetməsi üzrə təhsil alıb. O, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində və “Azərbaycan Dəmir Yolları” QSC-də müxtəlif vəzifələrdə işləyib. 2024–2026-cı illərdə “Vadi Baku” QSC-nin icraçı direktoru vəzifəsini tutub.


