--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycan “Sıfır Tullantı” Forumunda beynəlxalq diqqət mərkəzində

Aysel Əlibəyli 06 İyun 2026 · 17:46 144 baxış

İstanbulda keçirilən “Sıfır Tullantı Forumu 2026” çərçivəsində kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə həsr olunmuş yüksək səviyyəli nazirlər toplantısı baş tutub.

Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov təmsil edib.Nazir çıxışında qlobal ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, kənd təsərrüfatında dayanıqlılığın artırılması və məhsul itkilərinin minimuma endirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, aqro-logistika, müasir saxlama sistemləri, nəqliyyat infrastrukturu və rəqəmsal həllərə yatırılan investisiyalar bu sahədə mühüm rol oynayır.Məcnun Məmmədovun sözlərinə görə, süni intellekt və ağıllı idarəetmə texnologiyalarının tətbiqi məhsulların təchizat zəncirində daha səmərəli hərəkətinə, itkilərin azalmasına və resurslardan daha effektiv istifadəyə şərait yaradır.Nazir həmçinin qeyd edib ki, Azərbaycan aqrar sektorda ərzaq itkilərinin azaldılması və dəyər zəncirinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.Forum çərçivəsində kənd təsərrüfatında innovasiyalar, ağıllı logistika, beynəlxalq ticarət siyasətləri və ərzaq təhlükəsizliyi ilə bağlı panel müzakirələr də təşkil olunub. Tədbirdə dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələri, ekspertlər və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tələbə Liqasına möhtəşəm yekun

Next Article

Avropa səmasında böhran təhlükəsi: IATA-dan kritik açıqlama

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Daha bir diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı

Aysel Əlibəyli 09 İyul 2026 · 16:02 18 baxış Rusiyada fəaliyyət göstərən “Samara Vilayəti Azərbaycanlıları Liqası”nın sədri Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilib. Elpress.az xəbər verir ki, “Samara Vilayəti Azərbaycanlıları Liqası” ictimai təşkilatının sədri Şirvan […]

AzTU-da beynəlxalq müsabiqə: qalibə Berlin imkanı

Aysel Əlibəyli 03 İyul 2026 · 21:27 52 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Texniki Universiteti (AzTU) və Alman Akademik Mübadilə Xidmətinin birgə təşkilatçılığı ilə universitetdə “Falling Walls Lab” beynəlxalq müsabiqəsi keçirilib. Tədbirin açılışında çıxış […]

Azərbaycanın Müstəqillik Günü Dominikanda qeyd edilib

Aysel Əlibəyli 04 İyun 2026 · 21:34 114 baxış Dominikan Respublikasının paytaxtı Santo-Dominqoda 28 May – Müstəqillik Günü münasibətilə ilk dəfə rəsmi qəbul təşkil edilib. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirə Dominikan hökumətinin rəsmiləri, […]

ADA Universitetində Karyera sərgisi keçirildi

Elşən 29 Aprel 2026 · 13:35 85 baxış Aprelin 24-də ADA University-də 14-cü Karyera sərgisi təşkil olunub. Tədbirdə müxtəlif sahələri təmsil edən ümumilikdə 150-yə yaxın qurum iştirak edib. Sərgidə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət […]