Sonuncu Xəbərlər

donub ağızın sözü – Əli Hacı

Yanvar 23rd, 2017 | by ELPRESS.AZ
donub ağızın sözü – Əli Hacı
Digər
0

baxışlar məhbus dayanıb…
donub ağızın sözü.
barmaqlar yanıb son siqara oduna
saçları oxşamır darağ əvəzi.
əllər boşluğ içində,
ayaqlar yorğun at kimi
yadlaşıb üz,
qarın yaddan çıxıb bu qarışığ içində
bircə doğmalaşıb qabığ verən dizlər
bir-birini oxşayır sağlıq əvəzi
Tanrım !
gör indi hansı haldayam…
ömrün orta mərtəbəsində –
yaşamın ümüd qapısındayam…!

Şərh yeri

Şərh

Share Button

Comments are closed.