Sonuncu Xəbərlər

ömür əlimizdə sınıq oyuncaq… – Əli HACI

Yanvar 15th, 2017 | by ELPRESS.AZ
ömür əlimizdə sınıq oyuncaq…   – Əli HACI
Cəmiyyət
0

Öz xəstəliyin gizlədib ağrılı gözlərimə dua edən Zakir Sadatlının ruhuna

sevdim dərdlərimi sənin üzünə
sənə də gözümü yumdum İlahi !
içdim mənsizliyə keçən xoş günə
bir də sənsizliyə içdim İlahı !

yerimiz boş qaldı dost arasında,
aşağı,yuxarı üst arasında.
bu dünya fırlanır alt libasında
mənə də bezindən biçdi İlahi !

bir qız da gözümnən su içib gedib
sevinc axtarırdı dərd biçib gedib.
dünyası gözündə kiçilib gedib
bu necə yaşamdı,köçdü İlahi ?!

ömür əlimizdə sınıq oyuncaq…
günah içindəyik bu yol boyunca.
gələn sənnən gəlir,yenədə ancaq
sənin günahınnan keçdim İlahi !

Şərh yeri

Şərh

Share Button

Comments are closed.