Sonuncu Xəbərlər

Sabir Rüstəmxanlı DAK-ın Almaniya və İsveçdə keçirilən tədbirlərində iştirak edib

Dekabr 20th, 2016 | by ELPRESS.AZ
Sabir Rüstəmxanlı DAK-ın Almaniya və İsveçdə keçirilən tədbirlərində iştirak edib
Gündəm
0

Dekabrın 14-də Dünya Azərbaycanlıları Konqresi (DAK) Almaniyanın Frankfurt şəhərində tədbir keçirib. DAK.az-ın məlumatına görə, görüşdə təşkilatın gələn il üçün nəzərdə tutulan tədbirlər planı müzakirə edilib. DAK həmsədrləri-Sabir Rüstəmxanlı və Firudin Pərvizniyanın, DAK Məclis üzvü Əli Hacının iştirakı ilə baş tutan tədbirdə təşkilatın bu ildə gördüyü işlər barədə də ətraflı məlumat verilib. Eləcə də, Azərbaycanla bağlı milli məsələlər, o cümlədən Güney Azərbaycanda hazırkı durum, o taydakı soydaşlarımızın milli haqları, milli fəalların üzləşdiyi təzyiqlər haqqında da məruzələr edilib.

Avropada işgüzar səfərinə davam edən S.Rüstəmxanlı dekabrın 17-də İsveçin Göteburq şəhərində 21 Azərə həsr olunan tədbirdə iştirak edib və güneyli milli fəalların həbsinə etiraz olaraq keçirilən aksiyaya qatılıb. DAK həmsədri İran adlanan yerdə soydaşlarımızın pozulan hüquqları, milli haqları uğrunda sivil yollarla mübarizə aparan fəalların üzləşdiyi çətinliklər haqqında da fikir bildirib. O, 40 gündən çox aclıq aksiyası keçirən Mürtaza Muradpurdan aclıq aksiyasını dayandırmasını da xahiş edib.

Həmin gün Göteburq şəhərində DAK-ın və Güney Azərbaycanı təmsil edən siyasi partiyaların toplantısı keçirilib. Tədbirdə Güney ilə bağlı birgə fəaliyyət göstərmələri haqqında razılıq əldə olunub.

i11-300x225

i1-300x300

i2-300x300

i3-300x300

i5-300x300

i6-300x300

i7-300x225

i9-300x225

i10-225x300

i10-600x250

Şərh yeri

Şərh

Share Button

Comments are closed.