Sonuncu Xəbərlər

DAK Güney Azərbaycanda aclıq aksiyası keçirən milli fəallara müraciət edib

Dekabr 6th, 2016 | by ELPRESS.AZ
DAK Güney Azərbaycanda aclıq aksiyası keçirən milli fəallara müraciət edib
Gündəm
0

DAK-ın Güney Azərbaycanda aclıq aksiyası keçirən milli fəallara müraciəti

İran adlanan yerdə Azərbaycan türklərinin milli haqları uğrunda apardığı milli-mədəni mübarizəyə görə həbs edilən və hazırda Təbrizin mərkəzi həbsxanasında saxlanılan Murtuza Muradpur artıq 41-ci gündür aclıq aksiyası keçirir. O Güney Azərbaycan Milli Hərəkatının həbsdə olan digəri fəalı-Rəsul Rəzəviyə dəstək məqsədilə belə bir addım atıb. Güneydəki fəalların verdiyi məlumata görə, M.Muradpurun hazırkı vəziyyəti və səhhəti barədə dəqiq məlumat yoxdur.
Eyni həbsxanada saxlanılan digər azərbaycanlı fəal Yürüş Mührəlibəyli də daha öncə R. Rəzəviyə dəstək məqsədi ilə aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, Rəsul Rəzəvi 2015-ci ilin noyabr ayında İran Dövlət Televiziyasında yayımlanan “Fitilə” adlı verilişdə azərbaycanlıların təhqir olunmasına etiraz olaraq keçirilən aksiyalara qatıldığına görə həbs edilib. O, həm də İranda keçirilən “Qüds günü” yürüşlərində Çin hökumətinin uyğur türklərinə qarşı zorakılıq siyasətinə etiraz bildirdiyi üçün qiyabi olaraq 1 il həbs cəzasına məhkum edilib. R. Rəzəvi aclıq aksiyasının 19-cu günündə Təbrizin mərkəzi həbsxanasından naməlum yerə köçürülüb və ondan xəbər yoxdur.

Dünya Azərbaycanlıları Konqresi (DAK) olaraq, İran adlı yerdə soydaşlarımıza qarşı yürüdülən asimilyasiya siyasətinə, 35 milyon Azərbaycan türkünün milli haqlarının pozulmasına, bu yöndə fəaliyyət göstərən milli fəalara qarşı təzyiqlərə son qoyulmasını tələb edirik!

Həmçinin fars şovinist rejiminə qarşı sivil və demokratik yollarla mübarizə aparan, milli-mədəni fəaliyyətinə görə həbs edilən soydaşlarımızdan aclıq aksiyasını dayandırmalarını rica edirik.

Millətini həyatı, gəncliyi və azadlığı bahasına sevən və müdafiə edən oğullarımız- Murtuza Muradpur və digər fəallar! Siz bu Vətən, bu xalq üçün çox gərəkli mübarizlərsiniz. Odur ki, sağlamlığınızı nəzərə alaraq, aclıq aksiyasını dayandırmağınızı arzu edirik. Güney Azərbaycanın gələcəyi üçün sizin sağlam olmağınız çox önəmldir. Çünki Vətənin güneyi üçün qarşıda görəcəyiniz hələ çox iş var.

DAK Həmsədrləri –Sabir Rüstəmxanlı və Firudin Pərvizniya

Şərh yeri

Şərh

Share Button

Comments are closed.