Sonuncu Xəbərlər

son sözü kimi – Əli Hacı

Dekabr 3rd, 2016 | by ELPRESS.AZ
son sözü kimi – Əli Hacı
Gündəm
0

mən adam deyiləm ,
mənim dinim yox.
mənim ölməyimə ağlama qadın !
üzü görünməyən Tanrı kimiyəm,
yer üzü çalxaladıqca
gah yağa dönürəm,
gah yağdan ayrılan ayran kimiyəm.
yəni varam !
son sözü kimi
son beşiyiyəm anamın.
mən də adamam
son deyiləm canım…!
əl tutmadığımın- gecəsi,
dərdli bir adamın necəsi…
qarımış bir qızın ərsiz evi,
Allahın dörd kitabıyam …!
yəni varam !
mən dinsiz adamam qadın !
ağzı dualarla sulanan,
geydiyi,yediyi yalın
getdiyi yol-Boz Qurdun…
söz oxu batmayan
ruhu dərisinnən qalın
SÖZ kimi diriyəm,
yəni varam !

Şərh yeri

Şərh

Share Button

Comments are closed.