Sonuncu Xəbərlər

“Təbrizin Ərk Qalasına Dəstək Kampaniyası” tərəfindən prezidentə müraciət

Dekabr 1st, 2016 | by ELPRESS.AZ
“Təbrizin Ərk Qalasına Dəstək Kampaniyası” tərəfindən prezidentə müraciət
Gündəm
0

“Təbrizin Ərk Qalasına Dəstək Kampaniyası” tərəfindən İran prezidenti Həsən Ruhaniyə müraciət edilib.

5 min öyrənci, universitet müəllimi və hətta bir sıra yerli məsulların qoşulduğu Kampaniya məsulları, məşhur Ərk Qalasının (Əlişah qalası) təxrib edilməsinin qarşısını almaq məqsədi ilə ölkə prezidentinə məktub yazaraq ondan qalanın ətrafında tikinti layihəsinin icrasının dayandırması ilə bağlı yardım istəyiblər.

İmzatoplama Kampaniyası son vaxtlar Ərk Qalası ətrafında avtomobil parkinginin tikilməsini nəzərdə tutan layihənin icrasına başladıqdan sonra fəaliyyətə keçib.

Məlumata görə, noyabrın 26-da Kampaniyanın təşkilatçılarından olan Siyamək Kuşi və Əbülfəzl Cani Tehranda prezident Administrasiyasına müraciət edərək prezidentə ünvanlanan məktubu İctimaiyyətlə Əlasqələr Şöbəsinə təqdim ediblər. Onlar Ərk Qalasının ətrafında tikinti layihələrinin icrasının qalanın təxrib edilməsinə səbəb olacağı ilə bağlı Mədəni İrs Təşkilatı, Təbriz Şəhər Şurası və Şərqi Azərbaycan Memarlıq və Şəhərsalma Ali Şurasının xəbərdarlıq məktublarını, həmçinin ekspertlər və tarixçilər tərəfindən bu zəmində yazılan məqalələri prezident müşaviri Səid Aqaha çatdırıblar.

Siyamək Kuşinin verdiyi məlumata görə, prezidentə ünvanlanan məktubun surəti Şərqi Azərbaycan vilayəti və Təbriz şəhəri rəhbərliyinə də göndəriləcək.

Prezidentə üncanlanan məktubda tarixi abidələrin qorunmasına dair ölkə Konstitusiyasının (anayasa) 83-cü maddəsi xatırladılır və vuğulanır ki, Ərk Qalası bir müqavimət simvolu kimi Təbriz və Azərbaycanın kimlik vəsiqəsidir və onun qorunub saxlanılması olduqca vacibdir.

Xatırladaq ki, “Təbrizin Ərk Qalasına Dəstək Kampaniyası” Əlirza Həmdəst, Yunis Zareyun”, Baqir İskəndəri, Əbülfəzl Cani, Nasir Əlirzayi, Cabir Gülməhəmmədi, Süməyyə İbrahimi, Elnaz Muradi və Siyamək Kuşi tərəfindən idarə olunur.

GunazTV

Şərh yeri

Şərh

Share Button

Comments are closed.