Sonuncu Xəbərlər

“Traxtur” komandasından daha bir uğur

Noyabr 26th, 2016 | by ELPRESS.AZ
“Traxtur” komandasından daha bir uğur
İdman
0

Təbrizdə yerli vaxtla saat 14:30-da bu şəhərin “Traxtur” futbol komandası ilə Qum şəhərinin “Səba” takımı arasında başlayan qarşılaşma bu dəqiqələrdə “Traxtur”un xeyirinə yekunlaşıb.

“Traxtur”un xüsusi stadionunda keçirilən görüş sonda 2:1 hesabı ilə Azərbaycan komamdasının xeyirinə sona çatıb.

“Traxtur” oyunçuları Məhəmməd İbrahimi 53-cü və Məhəmməd İranpuryan 65-ci dəqiqədə qol vuraraq komandalarına qələbə qazandırıblar. “Səba” tərəfindən vurulan tək qol isə 71-ci dəqiqədə Əhməd Həsənzadə tərəfindən vurulub.

Bununla da “Traxtur” super liqa yarışlarının 11-ci həftəsində keçirilən görüşdə öz rəqibini məğlubiyyətə uğradaq 23 xalla (imtiyaz) turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.

Qeyd edək ki, “Traxtur”-“Səba” qarşılaşmasından öncə, görüşün son aylarda təmir işlərinə görə qapısını futbolçuların üzünü bağlayan səhənd stadionunda keçiriləcəyi elan edilmişdir. Lakin stadionun öt örtüyünün tam hazır vəziyyətdə olmadığı səbəbindən “Traxtur” klubu rəsmiləri görüşün klubun xüsusi stadionunda keçirilməsinə dair qərar qəbul etmişdir. Səhənd stadionunun bu günə kimi hazır olmaması “Traxtur” klubu və onun tərəfdarları üçün bir çox problemlər yaradıb, bu vəziyyət dəfələrlə komanda tərəfdarlarının etirazına səbəb olub.

GunazTV

Şərh yeri

Şərh

Share Button

Comments are closed.