Sonuncu Xəbərlər

Mosulda sonuncu körpü partlatıldı

Noyabr 26th, 2016 | by ELPRESS.AZ
Mosulda sonuncu körpü partlatıldı
Dünya
0

ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya məxsus aviasiya ötən gün İraqın Mosul şəhərindən keçən Dəclə çayı üzərindəki sonuncu körpünü dağıdıb. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə İraq ordusunun baş qərargahından bildirilib.

Məlumata görə, koalisiya qüvvələri şəhərin şərq və qərb hissələrini birləşdirən, “Əl-Ətik” adı ilə tanınan, dəmir körpünü uçurublar. Bundan əvvəlki günlərdə təyyarələr çay üzərindəki digər dörd körpünü uçurublar.

Mənbənin sözlərinə görə, sonuncu körpünün partladılması ilə terrorçuların silah-sursat və canlı qüvvə ilə təminatı tamamilə kəsilmiş olub.

Qeyd edək ki, Mosulun İŞİD-dən təmizlənməsi əməliyyatı oktyabrın 17-dən davam edir.

Lent.az

Şərh yeri

Şərh

Share Button

Comments are closed.