Sonuncu Xəbərlər

Fidel Castro vəfat edib

Noyabr 26th, 2016 | by ELPRESS.AZ
Fidel Castro vəfat edib
Dünya
0

Kuba inqilabının lideri Fidel Castro 90 yaşında vəfat edib. Bu barədə qardaşı Raul Castro açıqlama verib.

Fidel Castro kimi bilinən Fidel Alejandro Castro Ruz 1926-cı ildə Kubanın Mayari şəhərində anadan olub. 1956-cı ildə Kubada Batista rejiminə qarşı başlatdığı hərəkat qələbə ilə yekunlaşır və 1959-cu ildə hakimiyyəti ələ alır. Uzun illər Kubaya başçılıq edən Castro, səhhətində yaranmış problemlərə görə 2008-ci ildə hakimiyyətdən uzaqlaşaraq vəzifəsini qardaşı Raul Castroya ötürüb. Son bir neçə ildə o, memuarlar yazıb, müxtəlif çıxışlar edib.

Şərh yeri

Şərh

Share Button

Comments are closed.