Sonuncu Xəbərlər

Grup Yorum üzvləri həbs olunub

Noyabr 25th, 2016 | by ELPRESS.AZ
Grup Yorum üzvləri həbs olunub
Digər
0

Keçən həftə İstanbul Okmeydanında yerləşən İdil Mədəniyyət Mərkəzində keçirilən polis əməliyyatında nəzarətə alınan Grup Yorum üzvləri həbs edilib.

Məhkəmə, nəzarətə alınan musiqiçilərin ‘polisə müqavimət, təhqir və terror təşkilatı üzvü olma’ kimi ittihamlarla həbslərinə qərar verib.

Həbs olunanların Ali Aracı, İnan Altın, Selma Altın, Sultan Gökçek, Fırat Kıl, Dilan Poyraz, Helin Bölek, Abdullah Özgün olduğu bildirilir.

“Grup Yorum”un sosial şəbəkə hesabından edilən açıqlamada həbs qərarı qınanaraq, qrupun həbs edilən üzvlərinin yerlərinin doldurularaq fəaliyyətinə davam edəcəyi ifadə edilib.

Qeyd edək ki, 1985-ci ildə təsis edilən “Grup Yorum”un bir çox üzvü, fərqli zamanlarda həbs olunmuş və ya polis tərəfindən nəzarətə alınmışdı.

Şərh yeri

Şərh

Share Button

Comments are closed.