Sonuncu Xəbərlər

Avstriyadan Türkiyəyə “silah embarqosu” qərarı

Noyabr 25th, 2016 | by ELPRESS.AZ
Avstriyadan Türkiyəyə “silah embarqosu” qərarı
Digər
0

Avstriya Parlamenti yekdilliklə Türkiyəyə silah embarqosu tətbiq olunması yönündə qərar verib.

Avstriyanın qərarını Yaşıllar Partiyası vəkili Berivan Aslan sosial şəbəkə vasitəsilə açıqlayıb. Berivan, parlamentdəki 6 partiyanın ortaq qərarıyla hazırlanan layihənin yekdilliklə qəbul edildiyini bildirib.

Avstriya Türkiyəyə silah satışında embarqo tətbiq edən ilk ölkə olacaq.

Avstriya parlamentində olan DPT, OVP, FPÖ, Yaşıllar, Neos və Team Stronach partiyalarının ortaq hazırladıqları qərar layihəsi, Türkiyəyə silah ixracını nəzərdə tutan lisenziyasının ləğvini ehtiva edir.

Qanuna səbəb olaraq, terrorla mübarizə adı altında jurnalistlər, yazıçılar, alimlər və müxaliflərə qarşı başladılan əməliyyatlar, çevriliş cəhdinin ardından minlərlə insanın vəzifədən uzaqlaşdırılması və vətəndaşların hərbi əməliyyatlarda həyatını itirməsi göstərilib.

Şərh yeri

Şərh

Share Button

Comments are closed.