Sonuncu Xəbərlər

Avropa Məhkəməsi Azərbaycanı 78 min avro cərimələyib

Noyabr 25th, 2016 | by ELPRESS.AZ
Avropa Məhkəməsi Azərbaycanı 78 min avro cərimələyib
Digər
0

Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 6 şikayətçinin qərarını açıqlayıb. Bu barədə şikayətçilərin vəkili Əsabəli Mustafayev məlumat yayıb.

Abzas.net-in məlumatına görə, vəkil bildirib ki, müdafiə etdiyi AXCP üzvləri İlham Hüseyn, Təzəxan Mirəmli, Bəhruz Həsənov, Tofiq Dadaşov, Türkel Əlisoy və Ağaverdi Ruşanovun işləri barədə qərar elan edilib:

“Qərarla bu şəxslərin qanunsuz həbsi, toplaşma azadlığının və ədalətli məhkəmə hüquqlarının pozuntusu tanınıb. Ərizəçilərin hər birinə mənəvi ziyana görə12 000 avro, hüquqi xidmətə görə ümumilikdə 6000 avro ayrılıb. Cəmi 78000 avro”.

Əsabəli Mustafayev Avropa Məhkəməsindən hüquqi xidmətlərə ayrılan vəsaitə görə gileylənib. O qeyd edib ki, hər iş üçün hüquqi xidmətə cəmi 500 avro ayrılıb. Bunun yarısı elə order puludur.

Şərh yeri

Şərh

Share Button

Comments are closed.