Sonuncu Xəbərlər

Jurnalistin şikayəti təmin olunmayıb

Noyabr 21st, 2016 | by ELPRESS.AZ
Jurnalistin şikayəti təmin olunmayıb
Hadisə
0

Noyabrın 21-də Səbayel rayon məhkəməsində hakim Rauf Əhmədovun sədrliyilə keçirilən prosesdə jurnalist Fikrət Fərəməzoğlunun işgəncəyə məruz qalması haqda şikayətinə baxılıb. Şikayət təmin edilməyib.

Prosesdə jurnalistin iştirakı barədə vəsatət əvvəlcədən qaldırılsa da, o prosesə gətirilməyib.

Bu haqda vəkil Elçin Sadıqov məlumat verib. Vəkil apellyasiya şikayəti verəcəklərini əlavə edib.

Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Daxili İşlər Nazirliyi (DİN) iddia edir ki, jurnalist iyunun 30-da bir sahibkardan 3000 manat alarkən saxlanıb.

DİN həmçinin, bəyan edib ki, F.Fərəməzoğlu bir qrup şəxslə birgə çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alıb.

Nərimanov Rayon Məhkəməsi iyulun 2-də F.Fərəməzoğlu barəsində 3 aylıq həbs qərarı verib. O, tutulandan az sonra vəkildən imtina etmişdi.

Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunub. O zaman “24 saat” qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmişdi.

F.Fərəməzoğlu son illərdə bir neçə dəfə prokurorluğa da çağırılıb. Ona yazılarına görə xəbərdarlıq olunmuşdu.

Şərh yeri

Şərh

Share Button

Comments are closed.