Sonuncu Xəbərlər

İlahi ! özümü dincə qoyuram- Əli Hacı

Noyabr 21st, 2016 | by ELPRESS.AZ
İlahi ! özümü dincə qoyuram- Əli Hacı
Cəmiyyət
0

İlahi ! özümü dincə qoyuram
çıxıram hamının getdiyi yoldan.
gah işıq alladır,gah da hürən it ,
ürəyim gizlənir itdiyim yolda…
yaz dua edirəm, payız baxırsan
nimdaş dərdlərinin ünvanı məndə..!
sıxırsan ömrümü qram su çıxmır
gözüm su saxlamır ,günahı səndə..!
ağzımın dadı da qürbətə qaçıb,
dəli dilindədi sözün doğrusu.
üzüm qarasıdı – günümün rəngi
gözümün yaşıdı- suyun durusu !

Şərh yeri

Şərh

Share Button

Comments are closed.