Sonuncu Xəbərlər

“Bir neçə aydan sonra üzvlərimizin sayı 700 minə çatacaq”

Noyabr 21st, 2016 | by ELPRESS.AZ
“Bir neçə aydan sonra üzvlərimizin sayı 700 minə çatacaq”
Siyasət
0

Noyabrın 21-i Yeni Azərbaycan Partiyasının yaranmasının 24 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, baş nazirin müavini Əli Əhmədov bildirib ki, hər bir Azərbaycan vətəndaşı ölkənin taleyində YAP-ın oynadığı rolu görür və qiymətləndirir: “Yeni Azərbaycan Partiyasının yaranması Heydər Əliyevin adı və şəxsiyyəti ilə bilavasitə əlaqədardır. Xalqa xilaskar lazım idi və bu da ulu öndər Heydər Əliyev idi. Təbii ki, Heydər Əliyevin hakimiyyətə gəlişi, Azərbaycana rəhbərlik etməsi, 90-cı illərin əvvəllərində Azərbaycanın başının üstünü almış fəlakətlərdən ölkəmizi xilas etməsi, yaşadığımız bu tarix Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə əlaqədardır”.

Əli Əhmədov onu da vurğulayıb ki, YAP Azərbaycanın tarixində bu günə qədər heç bir siyasi təşkilatın YAP qədər üzvü olmayıb: “Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı bir neçə aydan sonra 700 minə çatacaq. Azərbaycan tarixində heç zaman, hətta bir partiyalılıq dövründə belə, bu sayda üzvü özündə birləşdirən siyasi təşkilat olmayıb. Güman edirəm ki, Yeni Azərbaycan Partiyasının keçdiyi yol şərəfli bir tarix olduğu kimi, onun bundan sonrakı taleyi də kifayət qədər uğurlu olacaq. Bütövlükdə Yeni Azərbaycan Partiyasını uğurlu bir taleyi olan siyasi təşkilat hesab edirəm. Çünki Yeni Azərbaycan Partiyası təsis olunmasından 6 ay keçdikdən sonra onun yaradıcısı ümummilli lider Heydər Əliyev Azərbaycan Prezidenti olub. Yeni Azərbaycan Partiyası artıq 24 ildir iqtidardadır.

Şərh yeri

Şərh

Share Button

Comments are closed.