Sonuncu Xəbərlər

Moldovada rusiyapərəst namizəd İqor Dodon prezident seçilib

Noyabr 15th, 2016 | by ELPRESS.AZ
Moldovada rusiyapərəst namizəd İqor Dodon prezident seçilib
Dünya
0

Moldovada prezident seçkilərinin ikinci mərhələsində rusiyapərəst namizəd İqor Dodon qalib gəlib.

Rusiya ilə yaxın əlaqələr quracağını deyən cənab Dodon demək olar ki bütün səsvermə vərəqələrinin hesablanması nəticəsində 52.18 faiz səs toplayıb.

Onun avropapərəst rəqibi Maia Sandu isə 47.82 faiz səs yığıb.

Bu, Moldovada son 20 ildə keçirilmiş ilk birbaşa prezident seçkiləridir.

1996-ci ildən burada prezidentləri parlament seçirdi.
Səsvermə bitdikdən sonra cənab Dodon rəqibini ictimai asayişi qorumağa və etiraz nümayişlərindən yan keçməyə çağırıb.

“Seçkilər bitdi”, deyən cənab Dodon əlavə edib: “Xalq prezidentini seçib”.

Seçkilərdə iştirak faizi 53.54 faiz olub.

1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini elan edən Moldovanın Moskva ilə tarixi əlaqələri var.

Şərh yeri

Şərh

Share Button

Comments are closed.