Sonuncu Xəbərlər

Saakashvili yeni siyasi hərəkat yaradır

Noyabr 13th, 2016 | by ELPRESS.AZ
Saakashvili yeni siyasi hərəkat yaradır
Gündəm
0

Ukraynanın Odessa vilayətinin keçmiş rəhbəri Mikheil Saakashvili vaxtındanəvvəl parlament seçkisində iştirak etmək və bu ölkədəki siyasi elitanı dəyişmək üçün yeni siyasi qüvvə yaratmaq fikrində olduğunu bəyan edib.

O bunu, bunu noyabrın 11-də Kiyevdə keçirdiyi mətbuat konfransında deyib. Saakashvili bildirib ki, prezident Petro Poroşenko ölkədə vaxtından əvvəl parlament seçkiləri təyin etməlidir.

O deyib ki, Poroşenko ölkədə islahatlar aparmaq üçün ondan düzgün istifadə etmədi.

“Ukrayna potensalına görə ən əlverişli Avropa ölkələrindən biridir. Vergini azaltmaq, biznesi azad etmək, insanlara azad inkişaf imkanı yaratmaq lazımdır, onda hər şey öz yerini tapacaq.

Ukrayna varlı ölkədir, amma bunun bəhrəsini yalnız hakimiyyətə olan bir qrup adam görür. Bütün pullar xaricdəki ofşorlarla onların hesablarına axır.

Bizə ABŞ və Avropa kömək etməməlidir, biz özümüz güclü olmalıyıq”, deyə o bildirib.

Saakashvili bir daha qeyd edib ki, Ukraynada hakimiyyət dəyişməlidir, onda hər şey yerində olacaq, oğrular qanun çərçivəsində ciddi cəzalandırılacaq və biz onları bütün oğurlanmış pulları geri qaytarmağa məcbur edəcəyik.

Saakashvili bildirib ki, Poroshenko-ya o vaxt dönə bilər ki, vaxtından əvvəl seçki təyin eləsin, ayrı cür onunla əlaqə mümkün deyil.

Müxbirin Poroshenko-nun onu ölkədən çıxara bilməsi ilə bağlı suala gəldikdə isə Saakaşvili bunları deyib.

“O məni ölkədən çıxara bilməz, qoy buna cəhd eləsin. Mən indi onun siyasətindən əziyyət çəkən Ukrayna xalqı ilə danışıram.

Gürcüstanda mənə qarşı korrupsiya ittihamı ilə iş açılıb, amma xaricdə mənə aid hesab, heç nə tapa bilməyiblər. Poroshenko deyir ki, mən gəlməyəm. Mən Kiyevə oxumağa gələndə, o da Moldovadan gəlmişdi və Moldova vətəndaşı idi. Onda hər ikimiz gəlməyik. O ukraynalıdır, mən də ukraynalıyam.

Mən Ukrayna xalqını başda oturanların hamısından çox sevirəm. Ukraynada çoxlu, və hər yaşda yaxşı vətənpərvər insanlar var. Odessada işləyəndə mən insanları müsabiqə ilə seçmişəm və onların heç birini tanımırdım. Oxuduğum dövrdə çoxlu dostlarım, tanışlarım olub, amma onlardan heç birini vəzifəyə təyin eləməmişəm”.

Saakashvili daha sonra deyib ki, parlamentdə biznesmen olmamalıdır, çünki belə olanda onlar başqalarına imkan vermirlər, biznesdə hamıya bərabər şərait yaradılmalıdır.

Saakashvili sonda deyib ki, hazırki ölkə rəhbərliyi Ukraynanı Avropada ən kasıb ölkəyə çevirib.

Şərh yeri

Şərh

Share Button

Comments are closed.