Sonuncu Xəbərlər

Hacıbaba Əzimov: “dövlət müstəqilliyinin bərqərar olmasının tarixi hadisələrini saxtalaşdırmaq cəhdləri cinayət əməlidir”

Noyabr 11th, 2016 | by ELPRESS.AZ
Hacıbaba Əzimov: “dövlət müstəqilliyinin bərqərar olmasının tarixi hadisələrini saxtalaşdırmaq cəhdləri cinayət əməlidir”
Siyasət
0

‎Unutmayın ki, cənablar, Azərbaycanda dövlət müstəqilliyinin bərqərar olmasının tarixini saxtalaşdırmaq cəhdləri cinayət əməlidir.
Hörmətli sabiq deputat İnqilab Nadirovun Pressxeber.az saytında yayılmış və vəkil F.Ağayevin fsb-də tarixə “obyektiv” yanaşmaq nümunəsi kimi qələmə verdiyi müsahibəsi Konstitusiya Aktının hazırlanması, müzakirəsi və qəbulu prosesini təhrif etmək, saxtalaşdırmaq məqsədilə sifarişli, absurd bir yazıdır. Belə ki, İ.Nadirov iddia edir ki, güya oktyabrın 17-də Ali Sovetdə Konstitusiya Aktının mzakirəsi başlayarkən, o, birinçi çıxış edib və deputat E.Məmmədovla F.Ağayevin hazırladıqları layihədən Aktın hazırlanmasında istifadə edilməsi məqsədilə yeni işçi qrupu yaradılmasını təklif edib və parlament F.Ağayevin də daxil olduğu yeni işçi qrupu seçib və bundan sonra müzakirələri dayandırıb. Bu iddia fantastik bir yalandır. Sonra İ.Nadirov öz fantaziyasını daha da gücləndirərək belə iddia edir ki, güya “həmin gün (yəni oktyabrın 17-də) yeni tərkibdən ibarət komissiya çox gərgin işləyərək mükəmməl bir layihə hazırlayıb oktyabrın 18-də sessiyanın müzakirəsinə təqdim etdi”, başqa sözlə, İ.Nadirov demək istəyir ki, məhz F.Ağayevin iştirakı ilə Konstitusiya Aktı yenidən işlənib mükəmməl hala gətirilmişdir??? Tarixi həqiqət isə belədir:1. Deputat İ.Nadirov oktyabrın 17-də Ali Sovetin sessiyasında birinci deyil, 9-cu çıxış edib. 2. Cənab İ.Nadirovun çıxışından sonra da sessiyanın işi bir neçə saat, axşamadək davam edib. 3. İ.Nadirov öz çıxışında yeni işçi qrupu yaradılması təklifini irəli sürməyib və belə bir qrup da yaradılmayıb və buna ehtiyac da olmayıb. Çünki, Aktın hazırlanması işi xeyli əvvəl Ali Sovet tərəfindən seçilmiş və mənim sədrlik etdiyim deputat komissiyasının səlahiyyətinə verilmişdi. Oktyabrın 17-də artıq Aktın mükəmməl layihəsi hazır idi və mənim təqdimatımda sessiyada geniş müzakirə olundu. Oktyabrın 18-də isə yenə də mənim təqdimatımda Akt maddə-maddə oxunub, müzakirə olunub səsə qoyuldu və axırda bütövlükdə səsə qoyularaq yekdilliklə qəbul edildi. 4. Oktyabrın 18-də iclasın başlanmasından əvvəl F.Ağayev yanıma gəlib E.Məmmədovla birlikdə hazırladıqları layihəni təqdim etdi. Həmin yazı ilə tanış olub oradakı iki maddəni bəyəndiyimi və Akta daxil etməyə razı olduğumu bildirdim. Anlaşdıq və mən də öz sözümə əməl etdim. Beləliklə, E.Məmmədov deputat olduğuna, qanunvericilik təşəbbüsü ilə şıxış edərək qanun layihəsi irəli sürdüyünə və məhz mənim təqdimatımla Ali Sovetin sessiyasında qəbul edilən Konstitusiya Aktının 32 maddəsindən 2-nin müəllifi, başqa sözlə, Aktın müəlliflərindən biri oldu. Cənab F.Ağayev isə deputat olmadığına görə Konstitusiya Aktının müəlliflərindən biri hesab edilə bilməz. Dünyada belə bir hal olmayıb və yoxdur. Bu Əlahəzrət QANUNun tələbidir!!! Ancaq, təbii, ki, F.Ağayev AMİP-in hazırladığı qanin layihəsinin müəlliflərindən biri sayıla bilər və sayılmalıdır. Vəssalam!!! Unutmayın ki, cənablar, tarixi, dövlət müstəqilliyinin bərqərar olmasının tarixi hadisələrini saxtalaşdırmaq cəhdləri cinayət əməlidir.

Şərh yeri

Şərh

Share Button

Comments are closed.