Sonuncu Xəbərlər

Donald Trump ABŞ prezidenti seçildi

Noyabr 9th, 2016 | by ELPRESS.AZ
Donald Trump ABŞ prezidenti seçildi
Gündəm
0

ABŞ-da noyabrın 8-də keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Bu nəticələrə əsasən daşınmaz əmlak maqnatı, respublikaçı Donald Tramp Elektoral Kollegiyanın 270-dən çox səsini əldə edərək demokrat rəqibi, ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton üzərində qələbə qazanıb.

Donald Trampın qələbəsində mühüm yeri onun “Swing States” adlanan mühüm ştatların böyük əksəriyyətində qələbə qazanması olub. Belə ki, Virciniya ştatının qarşılığında Donald Tramp Florida, Ohayo, Şimali Karolina, Pensilvaniya və Yuta ştatlarında üstünlük əldə edərək həmin ştatlara aidə elektorları aktivinə əlavə edib.

Ənənəvi Respublikaçı ştatlarda da inamlı qələbə qazanan Donald Trampın ABŞ-ın 45-ci prezidenti olmasına heç maneə qalmır.

Qarşıdakı dəqiqələrdə Donald Trampın Nyu-Yorkda tərəfdarları qarşısına çıxaraq qalibiyyət nitqi söyləyəcəyi gözlənilir.

Prezidentliklə yanaşı, ilkin nəticələr Respublikaçılar Partiyasının Senat və Nümayəndələr Palatasında da əksəriyyəti ələ keçirdiyə işarə edir.

Şərh yeri

Şərh

Share Button

Comments are closed.