Sonuncu Xəbərlər

“Qəbələ” qrupda qaldı

Noyabr 4th, 2016 | by ELPRESS.AZ
“Qəbələ” qrupda qaldı
İdman
0

Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qəbələ” də növbəti oyununa çıxıb.

Roman Qriqorçukun komandası Bakıda “Sent-Etyen”i qəbul edib.

Fransada keçirilən oyunda rəqibinə uduzan (0:1) “qırmızı-qaralar” bu dəfə də məğlub olub – 1:2.

Bununla da komandamız qrupdan çıxmaq şansını itirib.

Qrupun digər oyununda “Anderlext” “Maynts”ı qəbul edib və 6:1 hesabı ilə qalib gəlib.

3 noyabr

Avropa Liqası, IV tur

C qrupu

22:00. “Qəbələ” – “Sent-Etyen” (Fransa) – 1:2
Qol: Ruslan Qurbanov, 39, Tannane, 45+1 (1:1), Beriç, 53 (1:2)
Baş hakim: Karlos Del Serro Qrande
Baş hakimin köməkçiləri: Xuan Karlos Yuste Ximenez, Roberto Alonso Fernandez
Bakı. 8-ci km qəsəbə stadionu

22:00. “Anderlext” (Belçika) – “Maynts” (Almaniya) – 6:1 (İkinci hissə)
Qollar: Stançiu, 9 (1:0), Blasis, 15 (1:1), Stançiu, 41 (2:1), Tilemans, 62 (3:1), Teodorçuk, 89 (4:1), Bruno, 90 (5:1), Teodorçuk, 90+2, (6:1)

Şərh yeri

Şərh

Share Button

Comments are closed.