Sonuncu Xəbərlər

“Mərkəzi Bankın valyuta ehtiyatları kritik səviyyəyədək azalıb”

Noyabr 3rd, 2016 | by ELPRESS.AZ
“Mərkəzi Bankın valyuta ehtiyatları kritik səviyyəyədək azalıb”
İqtisadiyyat
0

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları oktyabrda 3% (127,2 mln. dollar) azalaraq 4 milyard 500 milyon 500 min dollar təşkil edib. Bu barədə iqtisadçı Samir Əliyev bildirib.

İqtisadçı ekspert sosial şəbəkədə yazıb ki, bununla da ehtiyatın həcmi 8 il 9 aylıq minimuma düşüb. 2008-ci il yanvarında valyuta ehtiyatı 3 milyard 928,5 milyon dollar olub. Rekord səviyyə isə 31 iyul 2014-cü ildə qeydə alınıb – 15 milyard 193,4 milyon dollar.

“Göründüyü kimi, ehtiyatın həcmi “qırmızı hədd”ə yaxınlaşıb. Mərkəzi Bank isə bu həddi keçmək niyyətində deyil. Ona görə də zəruri ehtiyac olmadan valyuta hərracında iştirak etməyə maraq göstərməyəcək”, – o yazıb.

S.Əliyev qeyd edib ki, manatın son hərraclarda ucuzlaşması tələbin yenə təklifi üstələməsini göstərir.

Bundan əlavə, iqtisadçı qeyd edib ki, valyuta hərraclarının ən böyük iştirakçısı Dövlət Neft Fondu öz öhdəliklərini əsasən yerinə yetirib. Fond 10 ay ərzində bazarda manat ekvivalentində təxminən 6,5-7 milyard dollar satıb.

“Digər xərcləri də nəzərə alsaq fond ilin sonuna ən yaxşı halda manat ekvivalentində 1-1,5 milyard dollar sata biləcək. Bununla da hərracda tələb yenə də üstünlüyünü qoruyub saxlayacaq. Deməli, ilin sonuna kimi manatın ucuzlaşması prosesi davam edəcək”, – S Əliyev yazıb.

Şərh yeri

Şərh

Share Button

Comments are closed.