Sonuncu Xəbərlər

Fransa Mərkəzi Afrikanı tərk etmir

Noyabr 2nd, 2016 | by ELPRESS.AZ
Fransa Mərkəzi Afrikanı tərk etmir
Dünya
0

Fransa baş naziri Valls Mərkəzi Afrika Respublikasında 2013-cü ildən davam edən hərbi əməliyyatı yekunlaşdırma qərarı alan Fransanın ölkəni tərk etməyəcəyini açıqlayıb.

Fransanın Mərkəzi Afrika Respublikasında hərbi əməliyyata nöqtə qoyma qərarı almasından sonra baş nazir Manuel Valls gündəmə dair açıqlamalar verib.

Valls Afrika ölkələrinə səfəri zamanı France 24 telekanalına verdiyi müsahibədə, 2013-cü ildə Fransa tərəfindən ölkədəki qarşıdurmalar səbəb göstərilərək başlanan Sangaris əməliyyatından söz açıb. Fransız ordusunun sonsuza qədər ölkədə qalma niyətinin olmadığını vurğulayan Valls, “Mərkəzi Afrika Respublikasını yalnız qoymaq fikrimiz yoxdur” deyib. Valls, Xarici İşlər Naziri Jean-Marc Ayraultun keçən həftə bildirdiyi “Fransa Afrika ölkəsini önəmsəyir” fikrini xatırladaraq, “Fransa bu əraziləri heç zaman öz taleyi ilə baş-baş qoymayacaq”, – deyə qeyd edib.

Xatırladaq ki, Fransa Silahlı Qüvvələri Sangaris əməliyyatı çərçivəsində ordunun Afrikada 4-6 ay müddətində qalacağını açıqlamışdı.

Şərh yeri

Şərh

Share Button

Comments are closed.