Sonuncu Xəbərlər

Rafael Ağayev beşqat dünya çempionu olub

Oktyabr 30th, 2016 | by ELPRESS.AZ
Rafael Ağayev beşqat dünya çempionu olub
İdman
0

Avstriyanın Linz şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun üzvü Rafael Ağayev 5-ci dəfə dünya çempionu tituluna yiyələnib.

75 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Misir təmsilçisi Onar Abdel Rahman ilə qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn Ağayev 5-ci dəfə planetin ən yaxşısı adına yiyələnib.

Xatırladaq ki, finala qədər Macarıstan, Hollandiya, Özbəkistan və Ermənistanlı rəqiblərini məğlub edən R.Ağayev yarımfinalda iranlı idmançıya qalib gəlib

Şərh yeri

Şərh

Share Button

Comments are closed.