Sonuncu Xəbərlər

Təbrizin səhənd stadionu nə zaman istifadəyə veriləcək?

Oktyabr 25th, 2016 | by ELPRESS.AZ
Təbrizin səhənd stadionu nə zaman istifadəyə veriləcək?
İdman
0

4 aydır təmir-bərpa işlərinin getdiyi Təbrizin səhənd stadionunda işlərin hələ davam edəcəyi bildirilib.
“Vərzeş 3” xəbər saytının yaydığı məlumatda bildirilir ki, Şərqi Azərbaycan İdman Baş İdarəsinin rəhbərliyi stadionda təmir işlərinin davam etdirilməsinə dair yeni qərar verib. Qərara əsasən 14-cü super liqa yarışlarının (hazırda 16-cı super liqa yarışları keçirilir) son həftəsində sınıb-dağılan oturacaqlar bərpa ediləcək.

Bərpa ediləcək oturacaqların sayının 10 min olduğu bildirilib.

4 aydır təmir işlərinə görə qapılarını futbolsevərlərin üzünə bağlayan səhənd stadionunda işlər hələ yekunlaşmayıb və meydançanın öt örtüyü hazır vəziyyətdə deyil. Bundan öncə stadionun super liqa yarışlarının 9-cü həftəsinədək hazır olacağı elan edilmişdir, lakin artıq yarışların 10-cü həftəsi yaxınlaşıb və stadion hələ də hazır deyil və onun yarışların 12-ci həftəsindən sonra hazır olacağı bildirilib. Şərqi Azərbaycan İdman baş İdarəsi rəhbərliyinin verdiyi yeni qərar şübhəsiz ki, stadionun istifadəyə verilməsini biraz da gecikdirəcək və bütün bunlar Azərbaycanın “Traxtur” komandası və onun tərəfdarlarını narahat edir. “Traxtur”, rəqib komandaları tamaşaçı tutumu çox olan meydançada qəbul edə bilmədiyi üçün bir çox problemlə üzləşir.

GunazTV

Şərh yeri

Şərh

Share Button

Comments are closed.