Sonuncu Xəbərlər

azad olmur yolum, izim – Əli Hacı

Oktyabr 23rd, 2016 | by ELPRESS.AZ
azad olmur yolum, izim – Əli Hacı
Digər
0

çöldəki külək səsinə
oynayır pəncərəm,qapım…
küləklər səs salıb ölür,
mən yediyim sözlə, canım !
buludlar yağarkən ölür,
yaz gec gəlib, erkən ölür…!
dünyanın köhnəlmiş üzün
adamlar tanırkən ölür !
azad olmur yolum, izim
yük olub gəlır arxamca.
bir qız yanında hələ də
qaradı üzüm,yol boyu
gözləri düşüb dalımca.
havadan asıb qolumu
göz yaşım yuyur yolumu.
İlahi ! içimi sən yu ,
yuyuram bayır yolumu …!

Şərh yeri

Şərh

Share Button

Comments are closed.