Sonuncu Xəbərlər

​”Microsoft” ilk noutbukunu təqdim edib – VİDEO

Oktyabr 7th, 2015 | by Fatimə

“Microsoft” şirkəti texnoloji yeniliklərin təqdimatı zamanı özünün ilk noutbuku olan “Surface Book”u təqdim edib.
Elpress.az-ın xarici KİV-ə istinadən məlumatına görə, yaradıcılar yeni noutbukun “Apple”nin “MacBook Pro”sundan iki dəfə sürətli olduğunu iddia edirlər.
Yeni noutbuk 3000×2000 pikselə imkan verən 13,5 dyümlük sensor displeyi ilə təchiz edilib.
Şirkət yeni texnologiyanı məhz noutbuk kimi təqdim edir, lakin onu planşet kimi də işlətmək olar. Yaradıcılar qurğunun enerji ehtiyatı olmadan 12 saata qədər işləyə biləcəyini vəd edirlər.
İlkin sifariş oktyabrın 7-də 1499 dollar start qiymətinə mümkün olacaq.
“Microsoft”, həmçinin “Lumia 950″nin yenilənmiş versiyası olan “Lumia 950 XL”i də təqdim edib.

Şərh yeri

Şərh

Share Button

Comments are closed.