Sonuncu Xəbərlər

“Arşın mal alan” Hollivudda – VİDEO

Avqust 28th, 2015 | by Fatimə
Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş “Arşın mal alan” filmi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən sentyabrın 19-da Hollivudda nümayiş olunacaq. ELpress.az APA-ya istinadən xəbər verir ki, bu, “Arşın mal alan” filminin Hollivudda ilk premyerası olacaq.

 

Film, Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş “Ricardo Montalban” kinoteatrında təqdim ediləcək.

 

Qeyd olunub ki, nümayişdə sözügedən filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstəriləcək. Nümayiş Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, “Arşın Mal Alan” filminin isə 70 illiyinə həsr olunur.

 

Şərh yeri

Şərh

Share Button

Comments are closed.